Boksçularımız beynəlxalq turnirdə iştirak edəcək

  07 May 2019    Oxunub : 725
Boksçularımız beynəlxalq turnirdə iştirak edəcək
Azərbaycan millisinin 9 boksçusu bu gün Rusiyada start götürəcək “Sankt-Peterburq qubernatorunun kuboku” adlı beynəlxalq turnirdə iştirak edəcək.
Azvision.az Azərbaycan Boks Federasiyasının Mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçisi Vaqif Şirinov 5 gün davam edəcək yarışda Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Elnur Süleymanov (69 kq), Rauf Rəhimov (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayevə (+91 kq) şans verəcək.

Qeyd edək ki, Sankt-Peterburqda 10-cu dəfə keçiriləcək yarış “M-1 Arena”da baş tutacaq. Turnirdə 17 ölkənin iştirakı gözlənilir.

Azvision.az

Teqlər: Boks