Türkiyə Qarabağı niyə azad etmək istəyir? – TƏHLİL

  22 Noyabr 2013    Oxunub : 413
Türkiyə Qarabağı niyə azad etmək istəyir? – TƏHLİL
Son günlər Türkiyənin Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində sərgilədiyi aktiv siyasi mövqe diqqət çəkir.
Xüsusən də rəsmi Ankaranın 2014-cü il üçün açıqladığı siyasi priorietlər sırasında Azərbaycan-Ermənistan və Qarabağ probleminin yer alması siyasi müstəvidə geniş müzakirələrə yol açır. Türkiyə yeni strategiyasında Dağlıq Qarabağın işğal altında olan beş rayonun azad edilməsi, Naxçıvan-Ermənistan və Türkiyə-Ermənistan sərhədlərinin açılmasını gündəmə gətirməklə prosesin həllinə yeni baxış sərgiləyir.

Qardaş ölkənin mətbuat səhifələrində bu məsələnin demək olar ki, gündəlik yer alması Ankaranın Qarabağın tezliklə azad olunmasına dair səyləri, o cümlədən Baş nazir Rəcəb Tayyib Ərdoğanın Rusiya səfərində Qarabağ problemini Vladimir Putinlə müzakirəyə çıxarması Ankaranın Qarabağ planının son dərəcə ciddiliyindən xəbər verir. Son proseslər göstərir ki, qardaş ölkə Azərbaycanın 20 ildən çox həll edə bilmədiyi problem ən qısa zamanda aradan qaldırmaq istəyir.

Türkiyənin Qarabağ məsələsindən birdən-birə müşahidə olunan aktivliyi nə ilə bağlıdır?Qardaş ölkən Qarabağı nə üçün azad etmək istəyir?

Siyasi ekspert Qabil Hüseynli son prosesləri AzVision.az-a şərh edib. Politoloqun fikrincə, Türkiyə üçün Qarabağ probleminin həlli həm də Ermənistanla münasibətləri qaydaya salmaq və qondarma soyqırıma görə ermənilərin səs-küyünün qarşısını almağa üçün lazımdır.

Ekspert hesab edir ki, Türkiyə bu məsələni gündəmə gətirməklə Ermənistanla sərhəd lərin açılmasında yeni mövqe sərgilərə bilər:

“Türkiyə Azərbaycanla müttəfiqdir, yaxın qonşu, qardaş ölkədir. Buna görə Dağlıq Qarabağ probleminin həllinə diqqəti artırıb. AmmaTürkiyə üçün ən əhəmiyyətli olan odur ki, 2015-ci ildə qondarma “eməni soyqırımı”nın 100-cü ildönümünə qədər Qarabağ problemini həll etsin. Əks halda ermənilər daha çox səs-küy qaldıracaq. Türkiyə Ermənistanla münasibətləri qaydasına salmaq, sərhədləri açmaq istəyir. Lazım gələrsə diplomatik münasibətlər də yarada bilər.
Bu nöqteyi-nəzərdən Türkiyəyə hava-su kimi lazımdır ki, hansı formada olur-olsun Dağlıq Qarabağ problemi həll olunsun, Azərbaycan-Ermənistan münasibətləri qaydaya salınsın. Çünki bu barədə Azərbaycan qarşısında Türkiyə müəyyən öhdəliklər götürüb. Problem həllini taparsa Türkiyə Ermənistanla sərhəddi açmaq və diplomatik münasibətlər yaratmaq niyyətindədir”-deyə politoloq şərh edib.

Fatimə Kərimli

Teqlər: