Nazir deputatların irad və təkliflərinə CAVAB verdi

Nazir deputatların irad və təkliflərinə CAVAB verdi
  22 Noyabr 2013    Oxunub:926
Milli Məclisin bugünkü iclasında maliyyə naziri Samir Şərfiov büdcə müzakirələri zamanı deputatların səsləndirdiyi təflik və iradlara münasibət bildirib. AzVision.az-ın məlumatına görə, nazir təkliflərin nəzərə alındığını diqqətə çatdırıb:

“Millət vəkilləri tərəfindən təkliflər irəli sürülüb ki, yüksək vergi potensialına malik olacaq qeyri-neft sahələrinin inkişaf etdirilməsi, vergi borclarının azaldılması, vergidən yayınma hallarının qarşısının alınması, əhalinin maddi rifah halının artırılması, ölkənin müdafiə potensialının daha gücləndirilməsi, elm, təhsil, mədəniyyət və digər sahələr üçün əlavə vəsaitlərin ayrılması və bir çox təkliflər səsələndirilib. Müzakirələr zamanı həmçinin dövlət büdcəsi layihəsinə aidiyyatı olmayan, lakin ölkənin sosial-iqtisadi inkiaşfı üçün mühüm əhəmiyyət kəsb edən digər məsələlərlə bağlı fikirlər səsləndirilib. Gələn ilin dövlət büdcəsi layihəsinin 10 gün müddətinə təkliflərin baxılması üçün hökumətə göndərilməsi zamanı bütün təkliflər nəzərdən keçirilib”.

Maliyyə naziri həmçinin bildirib ki, Milli məclisin maddi-texniki təminatı məsələsinə hökumətdə baxılıb.

“Hesab edirik ki, layihə ilə əlaqədar əlavə vəsaitin ayrılması mümkündür. Bu artım dövlət büdcəsinin xərclərinin artırılması hesabına deyil, dövlət büdcəsi xərclərindən müəyyən struktur dəyişikliklərinin edilməsi yolu ilə, yəni ümumi dövlət xidmətləri maddəsinə 752 min manatın verilməsi yolu ilə öz həllini tapıb”.

Nazir siyasi partiyalara ayrılan vəsaitlərlə bağlı deputatların təklifinə də cavab verib:

“Siyasi partiyalara ayrılan vəsaitin artırılmasına gəlincə demək istərdim ki, müzakirələr zamanı fikirlər səsləndirilmişdi ki, qanunda nəzərdə tutulan bölgüyə uyğun olaraq büdcədən ayrılan vəsaitin 10 %-i hər il qalır, yəni işlənmir. Buna görə də qanuna müvafiq dəyişikliklər edilməklə ilin sonuna kimi 10 % qənaət edilmiş bölüşdürülməyən vəsait gələn ilin büdcəsinə daxil edilə bilər. Bunun nəticəsində də hər il bu qənaətdən əlavə gəlir kimi istifadə edə bilərlər. Lakin şübhəsiz ki, siyasi partiyalarla bağlı qanunvericiliyə müəyyən dəyişikliklər edilməlidir“.

AzVision.az


Teqlər:





Xəbər lenti