Heydər Əliyevin 96-cı ildönümü ilə bağlı konsert keçirilib
Bakı Şəhər İcra Hakimiyyətin təşkilatçılığı və Azərbaycanın tanınmış incəsənət xadımləri, populyar ifaçıların iştirakı ilə baş tutan tədbirə paytaxt ictimaiyyəti və çoxsaylı qonaqlar qatılıb. Konsertə Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovun rəhbəri və baş dirijoru olduğu “Niyazi” adına simfonik orkestrin ifasında Üz.Hacıbəyovun “Koroğlu” operasından uvertyüra ilə başlanıb.
Azərbaycan estrada ulduzlarının bir-birindən maraqlı ifaları ilə davam edən təntənəli konsertdə Azərbaycanın Xalq atristləri Samir Cəfərov, Azər Zeynalov, Faiq Ağayev, Mübariz Tağıyev, Bilal Əliyev, Fidan Hacıyeva, əməkdar artistlər Zakir Əliyev, İlahə Əfəndiyeva, Teymur Əmrah, Səbinə Babayeva, İnarə Babayevanın, həmçinin populyar ifaçılar Taleh Yəhyayevin, Nigar Şabanovanın, Afaq Abbasovanın, Vaqif Mustafazadə adına “Sevil” instrumental ansablının ifaları çox maraqla qarşılanıb.
Konsertə Əməkdar artist Ramil Qasımovun ifasında “İlhamlı günləri Azərbaycanın” mahnısı ilə yekun vurulub. Tədbir tamaşaçıların böyük razılığı ilə qarşılanıb, incəsənət xadimlərinin çıxışları sürəkli alqışlarla qarşılanıb.
Konsert zamanı səhnədə quraşdırılmış ekranda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto materiallar nümayiş etdirilib.
Azvision.az
Teqlər: Konsert