Parlamentdə Elşad Abdullayev müzakirəsi

Parlamentdə Elşad Abdullayev müzakirəsi
  22 Noyabr 2013    Oxunub:1478
Millət vəkili Zahid Oruc parlamentin bugünkü iclasında ABU-nun axtarışda olan sabiq rektoru Elşad Abdullayevin aldatdığı şəxslərin problemlərindən danışıb.

Azvision.az xəbər verir ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanun layihəsinin Milli Məclisdə müzakirəsi zamanı o Azərbaycan Beynəlxalq Universitetinin aldadılmış tələbələrinin problemlərindən söz açıb.

“Elşad Abdullayev nə qədər insanın ödəniş pullarını aldı. Həmin insanlar indi nə diplom ala bilir, nədəki hər hansı bir yerdə çalışa bilirlər. Elşad Abdullayevin kimlərin əli ilə idarə edilməsi başqa söhbətdir. Mən burada ABU-nun tələbələrinin hüquqlarının qorunmasından danışıram. İndi bir qurum yoxdur ki, ortada həmin o qədər şəxslərin ödənişlərini qaytarsın. Bu məsələ qanunverilicik səviyyəsində həll edilməlidir”-deyə, Zahid Oruc əlavə edib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti