“Liverpul”dan fantastik qələbə: İlk finalçı məlumdur - (VİDEO)

“Liverpul”dan fantastik qələbə:  İlk finalçı məlumdur - (VİDEO)
  08 May 2019    Oxunub:5138
Bu gün UEFA Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinin ilk cavab görüşü keçirilib.
Azvision.az -ın məlumatına görə, "Liverpul" öz meydanında "Barselona" klubunu qəbul edib.

İngiltərədə keçirilən oyunda "Mersisaydlılar" səfərdəki 0:3 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışıblar.

Matçın ilk hissəsi qarşılıqlı hücumlar şəraitində keçib. Nəhayət, meydan sahibləri Katalonların qapısına yol tapa biliblər. Fasiləyə "Liverpul" 1:0 hesablı üstünlüklə yollanıb.

Görüşün ikinci hissəsində İngiltərə təmsilçisi daha əzmkar oyun nümayiş etdirərək "Barselona"ya daha 3 qol vurub. Futbol azarkeşləri üçün möcüzəli görünsə də, "Liverpul" 4 cavabsız qolla Çempionlar Liqasının finalına çıxmağı bacarıb.

Qeyd edək ki, görüşü türkiyəli hakim Cünyet Çakır idarə edib.



Azvision.az



Teqlər:





Xəbər lenti