Xaraxobanın adı dəyişdirildi
AzVision.az xəbər verir ki, millət vəkili qeyd edib ki, kənddə palıd meşələri olmasa necə olacaq?:
“Xaraxova kəndini adını niyə Palıdlı olmalıdır ki? Sabah orada palıd
meşələri olmasa, nə olacaq bəs? Niyə qəlizləşdirilərki məsələni?
Qıraqoba adı bu ada daha yaxındır. Eləcə də Sabunçu rayonunda ikinci Savxoz deyilən qəsəbə var, 10 ildir ki, biz mübarizə aparırıq ki, o qəsəbənin adı dəyişmir. Elə Palıdlı adını buna verilsin. Xaraxoba adını da Qıraqoba qoyulsun”.
Oqtay Əsədov isə bildirib ki, burada heç bir qəlizləşdirilmək yoxdur:
“Bunu deputatların özləri düşünməyiblər. Kənd bələdiyyəsi, eləcə dəkənd camaatı bu adı təklif ediblər”-deyə, spiker əlavə edib.
Qeyd edək ki, Milli Məclisinin bu gün keçən iclasında “Xaçmaz rayonunun Xraxoba kəndinin Palıdlı kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
Layihə barədə Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə məlumat verib.
Müzakirələrdən sonra sənəd səsə qoyularaq qəbul olunub.
Qeyd edək ki, kəndin adı bundan sonra Palıdlı adlanacaq.
Sevinc