Roma papasının seçiləcəyi tarix dəqiqləşdi

Roma papasının seçiləcəyi tarix dəqiqləşdi
  11 Mart 2013    Oxunub:1228
Dünya katoliklərinin yeni rəhbəri martın 12-də seçiləcək
Vatikanda Roma papasının seçiləcəyi tarix dəqiqləşib. Dünya katoliklərinin yeni rəhbəri martın 12-də seçiləcək. 115 kardinalın iştirakı ilə baş tutacaq seçki «Müqəddəs Piter» məbədində təşkil olunacaq. Seçki bir neçə mərhələdə baş tuta bilər. Məbədin qarşısına toplaşan vatikanlılar və turistlər isə Sikstin kapellasının bacasından çıxacaq tüstünün rəngi ilə seçkinin nəticəsinin bəlli olub-olmadığını öyrənəcəklər.


Teqlər:





Xəbər lenti