Toyuğun içində telefon tapıldı
Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasında cəza çəkən 1975-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.2; 221.2; 66.3-cü maddələri ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Teymur Cəfər oğlu Sultanovun etapla müəssisəyə daxil olan zaman üzərinə və əşyalarına baxış keçirilərkən plastık kapron qabda olan toyuq ətindən hazırlanmış yeməyin içərisində, toyuq ətinin dərisinə bükülərək gizlədilmiş bir ədəd qara rəngli "Nokia-1800" markalı mobil telefon aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.