Bu gün Avroliqanın Bakı finalçıları məlum olacaq

  09 May 2019    Oxunub : 807
Bu gün Avroliqanın Bakı finalçıları məlum olacaq
Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulur.
Azvision.az xəbər verir ki, cavab oyunları nəticəsində Bakıda keçiriləcək finalın iştirakçıları məlum olacaq.

Yarışın favoriti hesab olunan “Arsenal” İspaniyada “Valensiya” ilə üz-üzə gələcək. Londonda keçirilən görüşdə 3:1 hesablı qələbə qazanan "topçular" üstünlüyə malikdir.

Digər oyunda İngiltərə təmsilçisi "Çelsi" Londonda “Ayntraxt”ı qəbul edəcək. Frankfurtdakı görüşdə qeydə alınan 1:1 hesabı "zadəganlar"a nisbətən üstünlük qazandırır.

Xatırladaq ki, Avroliqanın final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Azvision.az

Teqlər: Avropa-Liqası