Elmira Süleymanova təltif edildi
"Azərbaycan-Qazaxıstan" Dostluq Cəmiyyətinin prezidenti, professor Eldar Günaydın bu mükafatı İnsan Hüquqları üzrə Müvəkkilə təqdim edib.
Qeyd olunmalıdır ki, ölkəmizdə hələ iyirmi il əvvəl yaradılmış və səmərəli fəaliyyət göstərən "Azərbaycan-Qazaxıstan" Dostluq Cəmiyyəti hər iki müstəqil respublikanın ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edir.
Bu qurum müstəqillik illərində iqtisadiyyat, elm və mədəniyyət, həmçinin insan hüquqları sahəsində böyük nailiyyətlərə imza atmış iki qardaş dövlət arasında qarşılıqlı əlaqələrin, dostluq və tərəfdaşlığın daha da möhkəmləndirilməsinə kömək edir, öz töhfələrini verir.
Teqlər: