Daha bir əsgərimiz şəhid oldu - YENİLƏNİB

Daha bir əsgərimiz şəhid oldu - YENİLƏNİB
  11 Mart 2013    Oxunub:1754
Azərbaycan Ordusunun əsgəri şəhid olub.
Şirvan Şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılmış, Beyləqan rayonu N saylı hərbi hissənin əsgəri, 1994-cü il təvəllüdlü Əbilov Əli İlham oğlu martın 10-da qoşunların təmas xəttində düşmən snayperindən açılan atəş nəticəsində başından aldığı güllədən şəhid olub.

Bu barədə APA-nın Mil-Muğan bürosuna əsgərin qohumları məlumat veriblər.

Şəhid əsgər əslən Şirvan şəhərindən olsa da, bu gün onun valideynlərinin yaşadığı Sumqayıt şəhərində dəfn olunması gözlənilir.

Əsgərin ölümünü Müdafiə Nazirliyinin mətbuat xidmətindən təsdiqləyiblər.


Teqlər:  





Xəbər lenti