Kamran Əliyev: "Sistemli antikorrupsiya tədbirləri aparılır"
AzVision.az xəbər verir ki, bunu dünən Londonda keçirilmiş "Azərbaycan Günü" tədbirində çıxış edən Azərbaycanın Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev deyib.
Onun sözlərinə görə, bu baxımdan Azərbaycanda müfəssəl qanunvericilik bazası yaradılıb, e-xidmətlərin geniş tətbiqinə başlanılıb: "ASAN xidmət"in fəaliyyəti bu sahadə atılan növbəti addımdır. Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyaya uyğun olaraq 2007-2011-ci illəri əhatə edən Tədbirlər Planı həyata keçirilib, hazırda isə 2012-2015-ci illər üzrə Tədbirlər Planının icrası davam etdirilir".
K.Əliyev bildirib ki, korrupsiyaya qarşı mübarizənin özəl bölmənin inkişafında əhəmiyyətini nəzərə alaraq, mütəmadi maarifləndirmə işləri aparılır: "Bütün bunlar isə Azərbaycanda şəffaflığın daha da artırılmasına, eləcə də özəl bölmənin inkişafına dəstək verir".
Teqlər: