"Arsenal" və "Çelsi" Bakıya gəlir: Avroliqada London derbisi

 "Arsenal" və "Çelsi" Bakıya gəlir:  Avroliqada London derbisi
  10 May 2019    Oxunub:3961
Avropa Liqasında finala yüksələn komandalar müəyyənləşib.

Azvision.az xəbər verir ki, “Arsenal” İspaniyada “Valensiya”nın qonağı olub. Londonda keçirilən görüşdə 3:1 hesablı qələbə qazanan "topçular" cavab qarşılaşmasında da qalib gəliblər - 4:2. Bununla da İngiltərə təmsilçisi finala yüksəlib.
Digər matçda isə "Çelsi" Londonda “Ayntraxt”ı qəbul edib. Frankfurtdakı görüşdə olduğu kimi cavab qarşılaşmasında da əsas vaxtda 1:1 hesabı qeydə alınıb. Matça əlavə edilən vaxtda hesab dəyişmədiyindən, qalibin müəyyən olunması üçün oyunsonrası penalti zərbələrinə ehtiyac duyulub. Burada daha dəqiq olan (4:3) "zadəganlar" finala vəsiqə qazanıblar.

Qeyd edək ki, Avroliqanın final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

Azvision.az


Teqlər: Arsenal   Avroliqa   FInal  





Xəbər lenti