Hesablama Palatasının yeni sədrindən ilk AÇIQLAMA
“Ən əsas işlərdən biri də kənar və daxili auditin sərhədlərinin müəyyənləşdirilməsi, bunların müvafiq qanunvericilikdə əks olunmasıdır. Bunların həyata keçirilməsi üçün Hesablama Palatasının insan resursları artırılmalı və təşkilatın strukturunda təkmilləşdirilmə aparılmalıdır. Görəcəyimiz əsas işlər bunlardır”.
Vüqar Gülməmmədov bildirib ki, əvvəlki rəhbərlik Hesablama Palatasında güclü baza yaradıb və indi bunun təkmilləşdirilməsinə, Azərbaycandakı iqtisadi inkişafın yeni mərhələsinin tələblərinə uyğunlaşdırılmasına ehtiyac var: “Əsas problemlərdən biri qanunvericilikdə olan boşluqlardır. Qanunvericiliyə dəyişiklik edilməli, Hesablama Palatasının səlahiyyətləri artırılmalı və mandatı dəqiqləşdirilməlidir”.
AzVision.az