Yaponiyanın yeni səfiri etimadnaməsini təqdim etdi
Nazir Elmar Məmmədyarov Tsuquo Takahaşini Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və diplomatik fəaliyyətində ona uğurlar arzulayıb.
Görüşdə Azərbaycan ilə Yaponiya arasında əlaqələrin inkişaf səviyyəsindən məmnunluq ifadə olunaraq, xüsusilə ölkələrimiz arasında enerji sahəsində uğurlu əməkdaşlıq, parlamentlərarası təmaslar və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələndirmənin mühüm əhəmiyyət kəsb etdiyi qeyd olunmuş və iqtisadi əlaqələrin daha da genişləndirilməsi üzrə fikir mübadiləsi aparılıb.
Səfir Tsuquo Takahaşi diplomatik fəaliyyəti müddətində iki ölkə arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
Teqlər: