Tanınmış ilahiyyatçı: “Öpüşməklə oruc pozulmur”

  Tanınmış ilahiyyatçı:  “Öpüşməklə oruc pozulmur”
  11 May 2019    Oxunub:9985
Türkiyənin tanınmış ilahiyyatçısı Nihad Hatipoğlu “Oruclu biri həyat yoldaşını öpərsə, orucu pozularmı?”, “Qadın və kişi orucludursa, onlar öpüşərsə, bu orucu pozarmı?” kimi Ramazanda mübahisə yaradan suallara aydınlıq gətirib.
AzVision.az -ın məlumatına görə, ilahiyyatçı bildirib ki, öpüşmək orucu pozmur, amma belə hallardan uzaq olmaq məsləhətdir.

“Ər və həyat yoldaşı arasında öpüşmə normaldır. Tutaq ki, evin xanımı ərini işə yola salarkən yanağından öpüb. Yaxud evə qayıdarkən ər və arvad bir-birilərini öpə və qucaqlaşa bilərlər. Bu mümkün haldır və qəbahət deyil. Çünki Peyğəmbərimizin buna icazə verdiyini bilirik. Bu məsələdə əsas olan həddi aşmamaqdır. İmkan varsa, belə hallardan uzaq dursunlar. Çünki oruclu olarkən hər şeyə diqqət etmək lazımdır. Amma yalnız öpməklə oruc pozulmaz”, - deyə N.Hatipoğlu vurğulayıb.

Kənan Məmmədov
AzVision.az



Teqlər: Oruc   NihatHatipoğlu   Ramazan  





Xəbər lenti