“Böyük dəbilqə” - 12 cüdoçumuz mübarizə aparacaq

   “Böyük dəbilqə”   - 12 cüdoçumuz mübarizə aparacaq
  11 May 2019    Oxunub:2468
Mayın 11-də Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan "Böyük dəbilqə" beynəlxalq turnirinin ikinci gününün yarışlarına start veriləcək.
Azvision.az xəbər verir ki, bu gün Azərbaycanın 12 cüdoçusu mübarizə aparacaq. Onların arasında Olimpiya mükafatçımız Rüstəm Orucov (73 kq) da var. Onunla eyni çəkidə Hidayət Heydərov, Telman Vəliyev, Rüfət Məmmədov da güclərini sınayacaqlar. 81 kiloqram çəki dərəcəsində isə Murad Fətiyev, Afiq Səfərli, Araş Ağayi, Hasil Cəfərov mübarizə aparacaqlar.

Qadınların yarışında 63 kiloqram çəkidə Diana Şoranova, Nuriyyə Axundova, 70 kiloqram çəki dərəcəsində isə Aidə Baxışova, Günel Həsənli tatamiyə çıxacaqlar.

Qeyd edək ki, yarışların ilk günü Azərbaycan komandasının aktivinə Nicat Şıxəliyev (66 kq) gümüş medal yazdırıb.

Mayın 12-dək davam edəcək nüfuzlu yarışda 57 ölkədən 449 cüdoçu mübarizə aparır. Azərbaycan millisi bu turnirdə 43 idmançı (28 oğlan, 15 qız) ilə təmsil olunur.

Azvision.az



Teqlər: Cüdo  





Xəbər lenti