Polis əməkdaşı dünya çempionatında qələbə qazanıb

Polis əməkdaşı dünya çempionatında qələbə qazanıb
  11 May 2019    Oxunub:1906
Azərbaycanın dünya idman ictimaiyyətində nüfuzu gündən-günə güclənir. Bu istiqamətdə beynəlxalq aləmin idman reytinqlərində polis əməkdaşları da fəal iştirak edir, qələbələr qazanırlar.
Azvision.az xəbər verir ki, bu günlərdə Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsinin Axtarış bölməsinin inpsektoru, polis baş leytenantı Vüsal Qələndərov Kempo üzrə XVI Dünya çempionatı və Dünya kubokunda iştirak etməklə növbəti dəfə uğur əldə edib.

İspaniyanın, Qvadelaxara şəhərində keçirilən çempionatda 67 ölkədən 1300 idmançının iştirak etdiyi qarşılaşmalarda Azərbaycan Kempo yığma komandası 7 idmançı və 2 məşqçi ilə təmsil olunub. Beynəlxalq Kempo Federasiyasının tərkib hissəsi olaraq dünyanın beş ən böyük təşkilatçıları (Şorinci Ryu Kempo, Nippon Kempo,Kempo Ryu,UWSKF, ICKKF) onların da komandaları yarışda iştirak ediblər.

Yarışın üçüncü günü nokdaun versiyası üzrə kişilər arasında Vüsal Qələndərov nokdaun versiyasında kişilər arasında 95 kg çəki dərəcəsində ikinci yer qazanıb. İdmançılarımız ümumi hesabda üç qızıl, dörd gümüş medalla Vətənə qayıdıblar.

Qeyd edək ki, çempionatda idmançılarımızın iştirakını Azərbaycan Respublikasının Gənclər və İdman nazirliyi təmin edib.

Azvision.az


Teqlər: DİN   Polis  





Xəbər lenti