Prezidentin sərəncamı müxalifəti sarsıtdı

 Prezidentin sərəncamı müxalifəti sarsıtdı
  23 Noyabr 2013    Oxunub:1113
Qüdrət Həsənquliyev:Prezidentin sərəncamını tarixi qərar kimi dəyərləndirirəm.

Qüdrət Həsənquliyev: "Dövlət başçısının sərəncamını milli həmrəyliyə və Rəsulzadəyə münasibətdə tarixi ədalətin bərqərar olunmasına xidmət edən tarixi qərar kimi dəyərləndirirəm".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Məhəmməd Əmin Rəsulzadənin 130 illiyinin dövlət səviyyəsində qeyd olunması ilə bağlı sərəncamını alqışladığını bildirib. BAXCP sədri dövlət başçısının bu sərəncamını milli həmrəyliyə və Rəsulzadəyə münasibətdə tarixi ədalətin bərqərar olunmasına xidmət edən tarixi qərar kimi dəyərləndirib: "Azərbaycan prezidentinin sərəncamını, eyni zamanda dövlətçilik tariximizə və ənənələrimizə, bu ənənələrin inkişafına verilən dəyər kimi qiymətləndirirəm. Hesab edirəm ki, belə qərarlar milli dövlətçiliyimizə, onun təməl prinsiplərinə, bu prinsipləri təbliğ edən və qoruyan insanlara olan rəğbəti artırır, xalqımızın gələcəyə daha böyük ümidlərlə baxmasına, tarixi strateji hədəflərimizə doğru daha inamla addımlamasına zəmin yaradır".


Teqlər:  





Xəbər lenti