Mahir Mədətov bombardir oldu

  11 May 2019    Oxunub : 1532
Mahir Mədətov bombardir oldu
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/2019-cu illər mövsümünün bombardiri müəyyənləşib.
Azvision.az xəbər verir ki, "Qarabağ"ın futbolçusu Mahir Mədətov sonuncu XVIII turda "Neftçi" ilə səfər oyununun 15-ci dəqiqəsində hesabı açaraq, qollarının sayını 15-ə çatdırıb.

Qarşılaşmanın 18-ci dəqiqəsində hesabında 14 qolu olan "Neftçi"nin forvardı Baqali Dabo əzələsini dartaraq meydanı tərk edib. Bununla da Mədətovun bombardirliyi rəsmiləşib.

Azvision.az

Teqlər: PremyerLiqa   Bombardir