Azarkeşlər klub rəhbərinin oğlunu döydülər

  11 May 2019    Oxunub : 1549
Azarkeşlər klub rəhbərinin oğlunu döydülər
Türkiyə Super Liqasının 32-ci turu çərçivəsində oynanılan “Rizespor” və “Qalatasaray” matçının son dəqiqələrində protokol tribunasında dava olub.
Azvision.az xəbər verir ki, ev sahibi klubun azarkeşləri “Qalatasaray”ın ikinci prezidenti Abdurrahim Albayrağa təpki göstəriblər.

Belə ki, qonaqlar üçüncü qolu vurduqdan sonra bir qrup azarkeş tribunaya enib. Onlar Albayrağa “Otur yerinə” deyərək qışqırıb və ağır söyüşlərlə təhqir ediblər. Daha sonra Abdurrahim Albayrağın oğlu Yasin Albayrağı döyüblər.

Qeyd edək ki, "Rizespor" və “Qalatasaray” klublarının görüşü 2:3 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Kənan Məmmədov
Azvision.az

Teqlər: Qalatasaray   Dava