“Fənərbağça” öz meydanında qələbə qazandı

  11 May 2019    Oxunub : 689
“Fənərbağça” öz meydanında qələbə qazandı
Türkiyə Super Liqasında 32-ci turun oyunları davam edir.
Azvision.az xəbər verir ki, “Fənərbağça” klubu öz meydanında “Akhisarspor”u qəbul edib. Oyun İstanbul komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Bu görüşdən sonra xallarının sayını 40-a çatdıran “Fənərbağça” turnir cədvəlində 10-cu yerdə qərarlaşıb. Hazırda 66 xalı olan “Qalatasaray” çempionatın vahid lideridir. “Başakşəhər” 63 xalla ikinci, “Beşiktaş” isə 59 xalla üçüncüdür.

Azvision.az

Teqlər: Türkiyə