Ziya Məmmədov Sumqayıtda vətəndaşları qəbul etdi

Ziya Məmmədov Sumqayıtda vətəndaşları qəbul etdi
  23 Noyabr 2013    Oxunub:990
Bu gün nəqliyyat naziri Ziya Məmmədov Sumqayıtda vətəndaşları qəbul edib. Qəbulda Abşeron və Xızı rayonlarının, həmçinin Sumqayıt şəhərinin sakinləri iştirak ediblər.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, qəbulda 30-dək sakin iştirak edib. Nazir müraciət edən bütün vətəndaşların arzu və istəklərini dinləyib, onların problemlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

Görüşdə vətəndaşların müraciətlərinin əsas hissəsi nəqliyyat infrastrukturunda çalışan mütəxəssislərin sosial problemlərinin həlli, bir hissəsi bu sahədə ixtisası olan mütəxəssislərin işlə təmin olunmaları, digər hissəsi isə Sumqayıt şəhərində yeni marşrutların açılması, şəhərətrafı yollarda müvafiq infrastrukturun yaxşılaşdırılması ilə bağlı olub. Ziya Məmmədov hər bir vətəndaşın probleminə həssaslıqla yanaşmağın vacibliyini vurğulayaraq, müraciətlərin hamısının öz həllini tapması üçün nazirliyin müvafiq qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

Nəqliyyat naziri sakinlərlə görüşündə bildirib ki, Sumqayıtda, Abşeron və Xızı rayonlarında nəqliyyat infrastrukturu ilə bağlı sakinləri narahat edən məsələlərə daim diqqət göstəriləcək.



Teqlər:





Xəbər lenti