“Ərdoğan arvadını təhqir etdi”

CHP sədr müavini Adnan Kəskin, baş nazirin “Mən əgər ayrıseçkilik etsəydim Siyirtdən olan bir ərəb qızıyla evlənməzdim” sözlərini sərt tənqid edib, Ərdoğanın evliliyə alış-veriş kimi yanaşdığını deyib. “Ərdoğan evlilik məsələsində öz seçimini, iradəsini qabardıb, həyat yoldaşının fikrini, iradəsini heçə sayaraq Əminə Ərdoğan xanımı təhqir edib”,- deyə Kəskin bildirib.