Güləşçilərimiz Dünya Seriyasında 3 medal qazanıb

Güləşçilərimiz Dünya Seriyasında 3 medal qazanıb
  12 May 2019    Oxunub:1915
Braziliyanın Rio-de-Janeyro şəhərində çimərlik güləşi üzrə lisenziya xarakterli Dünya Seriyası turniri keçirilib.
Azvision.az xəbər verir ki, güləşçilərimizdən üçü yarımfinala vəsiqə qazanıb. Kənan Əliyev (90 kq) yarımfinalda uduzsa da, İbrahim Yusubov (80 kq) və Oyan Nəzəriani (+90 kq) finala yüksəlib. Yekunda Əliyev bürünc, Yusubovla Nəzəriani isə gümüş medal qazanıb.

Xatırladaq ki, Portuqaliyadakı yarışda olduğu kimi, bu turnirdə də toplanan lisenziya xallarına əsasən payızda ABŞ-da keçiriləcək Dünya Çimərlik Oyunlarına vəsiqələrin sahibləri müəyyənləşəcək.

Azvision.az



Teqlər: Güləş   Braziliya  





Xəbər lenti