Sarkisyan İlham Əliyevlə görüşü yeni mərhələ adlandırdı

Sarkisyan İlham Əliyevlə görüşü yeni mərhələ adlandırdı
  23 Noyabr 2013    Oxunub:1430
Serj Sarkisyan Vyanada İlham Əliyev ilə görüşü Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların yeni mərhələsi adlandırıb.


Azərbaycan Prezidenti ilə görüş çox güman ki, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların yeni mərhələsi və yeni başlanğıc anlamına gəlir. AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu cümə günü Ermənistan Prezidenti Serj Sarkisyan ölkənin Mədəniyyət Nazirliyinin rəhbər heyəti ilə keçirdiyi müşavirədə deyib.

"Vyanada Azərbaycan Prezidenti ilə görüşü necə qiymətləndirirsiniz və danışıqlar prosesində müəyyən irəliləyiş barədə danışmaq olarmı" sualını S. Sarkisyan belə cavablandırıb: "İrəliləyiş barədə danışmağa çətinlik çəkirəm, lakin görüşdən sonra mənim görüşü necə qiymətləndirməyim barədə verilən suala qısa cavab verdim: normal. Doğurdan da normal qiymətləndirirəm, O baxımdan normal ki, bu görüş çox güman ki, danışıqların yeni mərhələsi və yeni başlanğıc anlamına gəlir. Təqribən iki il idi ki, görüşmürdük, bu isə o deməkdir ki, danışıqlar yüksək səviyyədə dayandırılmışdı".

S. Sarkisyanın sözlərinə görə, Azərbaycan tərəfində problemi həll etmək arzusunu görüb və özü də ən qısa müddət ərzində münaqişənin həllində maraqlıdır: "Hər şey tərəflərin bu məsələni hansı şərtlərlə həll edəcəyindən asılı olacaq".

S. Sarkisyan qeyd edib ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinə dekabrın əvvəlində dövlət başçılarının yeni göstərişləri əsasında danışıqlar mərhələsini başlamaq tapşırığı verilib: "Dekabrda ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri gözlənilir".


Teqlər:  





Xəbər lenti