Azərbaycan “Böyük Dəbilqə”də 7 medal qazanıb

Azərbaycan “Böyük Dəbilqə”də 7 medal qazanıb
  12 May 2019    Oxunub:1805
Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri başa çatıb.
Azvision.az xəbər verir ki, Azərbaycan yığması son yarış günündə bir gümüş və iki bürünc medal qazanıb.

Millimizin legionerlərindən İrina Kindzerskaya (+78 kq) və Zelim Kostoyev (-100 kq) üçüncü yer uğrunda görüşdə qalib gəlib və bürünc medala sahib olublar.

90 kq-da mübarizə aparan Məmmədəli Mehdiyev isə finalda serbiyalı rəqibinə uduzub. İdmançımız yarışı gümüş medalla başa vurub.

Bununla da, mayın 10-da start götürmüş "Böyük Dəbilqə" turnirində Azərbaycan yığmasının qazandığı medalların sayı 7-yə çatıb. Komandamız bir qızıl, iki gümüş və dörd bürünc medala sahib olub.

Azvision.az





Teqlər: Cüdo  





Xəbər lenti