Hemilton İspaniyada birinci oldu

  12 May 2019    Oxunub : 1379
Hemilton İspaniyada birinci oldu
İspaniyada keçirilən "Formula 1" yarışlarının qalibi məlum olub.
Azvision.az xəbər verir ki, "Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton İspaniya Qran-Prisində birinci yerə çıxıb.

Onun komanda yoldaşı Valtteri Bottas ikinci sırada yer alıb. "Red Bull" komandasının pilotu Maks Ferstappen isə yarışı üçüncü pillədə başa vurub.

Qeyd edək ki, "Formula 1" yarışlarının növbəti mərhələsi 24-26 may tarixlərində Monakoda keçiriləcək.

Azvision.az

Teqlər: Hemilton   Formula-1