Cen Psaki Qarakənd faciəsindən danışdı

Cen Psaki Qarakənd faciəsindən danışdı
  23 Noyabr 2013    Oxunub:1474
ABŞ Dövlət Departamenti: 1991-ci il 20 noyabr hadisəsi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə əngəl yaradıb.

ABŞ Dövlət Departamentinin mətbuat katibi 1991-ci il 20 noyabr faciəsi ilə əlaqədar bəyanatla çıxış edib.

ABŞ Dövlət Departamentinin mətbuat katibi 1991-ci il noyabrın 20-də Azərbaycanın Xocavənd rayonundakı Qarakənd kəndinin səmasında törədilən terror aktı ilə əlaqədar bəyanatla çıxış edib.

Məlum olduğu kimi, həmin gün içərisində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşlarından ibarət sülhyaratma missiyasının üzvləri olan Mİ-8 helikopteri erməni silahlıları tərəfindən vurulub və nəticədə Azərbaycanın siyasi elitası da daxil olmaqla helikopterdəki bütün sərnişinlər həlak olub. Bu hadisə həmin ilin sentyabr ayında Jeleznovodsk şəhərində başlanan sülh danışıqlarının dayandırılmasına səbəb olub.

Dövlət Departamentinin mətbuat katibi Cen Psaki bildirib ki, o dövrdə baş verən çoxsaylı faciələrdən biri olan 1991-ci il 20 noyabr hadisəsi nəticəsində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə əngəl yaranıb. Cen Psaki daha sonra qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin yalnız dinc yolla tənzimlənməsi regionda sabitliyə, tərəqqiyə və barışığa gətirib çıxara bilər.


Teqlər:  





Xəbər lenti