Bu da fantaziya rəngləri

Bu da fantaziya rəngləri
  23 Noyabr 2013    Oxunub:1539
“Fantaziyamın rəngləri” mövzusunda rəsm sərgisi və müsabiqəsi layihəsi uğurla həyata keçirilib.
Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə gənclər təşkilatının Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Fantaziyamın rəngləri” mövzusunda həyata keçirdiyi rəsm sərgisi və müsabiqəsi layihəsi uğurla başa çatıb.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, noyabrın 22-də müsabiqənin qaliblərinin mükafatlandırılması ilə bağlı tədbir keçirilib.

Bu günlərdə dövlətin önəm verdiyi əsas sahələrdən biri də rəssamlıq sənətidir. Bu sahənin təkmilləşdirilməsi ilə bağlı mühüm işlər görülür və rəssamlıq qabiliyyəti olan hər kəs üçün imkanlar yaradılır.

“Fantaziyamın Rəngləri” layihənin məqsədi də rəssamlıq bacarığına malik tələbələrin istedadlarının üzə çıxarılması, bu sahəyə marağın artırılması və davamlı inkişafa nail olunmasıdır. Layihə iki hissədən - rəsm sərgisi və rəsm müsabiqəsindən ibarət olub. Layihə çərçivəsində rəsm sərgisi təşkil olunub və sərgidə nümayiş etdirilən əl işlərinin qiymətləndirilməsi üçün müsabiqə keçirilib.

Qaliblərə diplom və qiymətli hədiyyələr təqdim olundu.


Teqlər:  





Xəbər lenti