Naxçıvanlı atlet qızıl medal qazanıb

Naxçıvanlı atlet qızıl medal qazanıb
  13 May 2019    Oxunub:1668
Yaşı 20 və 23-ə qədər olan gənclər arasında Ağır atletika üzrə Azərbaycan birinciliyinə yekun vurulub.
Azvision.az xəbər verir ki, Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında növbəti dəfə körpücük üzərinə çəkisi 89, 96, 102 və 109 kq-a qədər olan atletlər mübarizəyə qoşulublar.

Toplam 290 kiloqram (135+155) nəticə ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxan Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Şərur Ağır Atletika bölməsinin yetirməsi olan Tarmenxan Babayev qalib adını qazanıb.

Azvision.az


Teqlər: Naxçıvan   İdman  





Xəbər lenti