“Arsenal” və “Çelsi” rəsmiləri Bakıya gəlib

   “Arsenal” və “Çelsi” rəsmiləri Bakıya gəlib
  13 May 2019    Oxunub:2188
UEFA Avropa Liqası turnirinin bu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununa hazırlıq çərçivəsində finalçı komandaların – “Arsenal” və “Çelsi” klublarının rəsmilərinin, eləcə də UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb.
Azvision.az xəbər verir ki, mayın 15-nə qədər davam edəcək səfər proqramında 20 nəfərə yaxın klub nümayəndəsi Bakı Olimpiya Stadionunda təhlükəsizlik, azarkeş zonasında hazırlıq prosesi, komandaların qalacağı otellər ilə yerində tanış olacaq, eləcə də final oyununun təşkili barədə fikir mübadiləsi aparılacaq.

Azvision.az


Teqlər: Arsenal   Çelsi  





Xəbər lenti