Divar gözətçinin üstünə uçdu

Divar gözətçinin üstünə uçdu
  11 Mart 2013    Oxunub:1265
Şirvanda avtomobil tikinti şirkətinin gözətçi məntəqəsinə çırpılıb, divar gözətçinin üzərinə uçub.
Şirvanda avtomobil tikinti şirkətinin gözətçi məntəqəsinə çırpılıb.

Bu barədə Şirvan Şəhər Polis Şöbəsindən məlumat verilib.

Martın 10-u saat 23:00 radələrində sürətlə hərəkətdə olan, Hacıqabul sakini Məmiyev Famil Fazil oğlunun idarə etdiyi 24 BE 746 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil Şirvan şəhəri Rəsulzadə prospektində Gənclər Mərkəzinin tikintisini aparan şirkətin gözətçi məntəqəsinə çırpılıb.

Nəticədə otağın divarı məntəqədə olan gözətçi, Masallı rayonu Ərəb kənd sakini, 1983-cü il təvəllüdlü Vəliyev Pərviz Çərkəz oğlunun üzərinə uçub.

P. Vəliyev müxtəlif dərəcəli politravmalar və sınıq xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib.

Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirirlər.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsi tərəfindən cinayət işi başlanıb, araşdırma aparılıb.(apa)


Teqlər:





Xəbər lenti