General Fəxri Xiyabanda dəfn olunacaq

General Fəxri Xiyabanda dəfn olunacaq
  23 Noyabr 2013    Oxunub:2300
Ötən gün iş otağnda dünyasını dəyişən Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət Üzrə Baş İdarənin rəisi general-mayor Məhəmməd Abbasquliyev II Fəxri Xiyabanda dəfn olunacaq.

Dövlət Sərhəd Xidmətindən AzVision.az-a verilən məlumata görə, mərhum bu gün saat 11:00-da 2-ci Fəxri Xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, DSX-nin rəis müavini general-mayor Məhəmməd Abbasquliyev noyabr ayının 22-də 48 yaşında vəfat edib.

AzVision.az


Teqlər:





Xəbər lenti