FIFA prezidenti “Qarabağ”ı təbrik edib

FIFA prezidenti “Qarabağ”ı təbrik edib
  14 May 2019    Oxunub:1941
FIFA-nın prezidenti Canni İnfantino “Qarabağ” klubunu Azərbaycan Premyer Liqasının 2018/2019-cu il mövsümünün qalibi olması, ardıcıl 6-cı dəfə bu titula yiyələnməsi münasibətilə təbrik edib.
Azvision.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu barədə qurum rəhbərinin Milli Assosiasiyanın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubda bildirilir. C.İnfantino məktubunda beynəlxalq futbol ictimaiyyəti adından “Qarabağ”ı təbrik edib.

Azvision.az


Teqlər: AFFA   UEFA  





Xəbər lenti