Mustafa Dənizli istefa verdi

Mustafa Dənizli istefa verdi
  15 May 2019    Oxunub:2272
Türkiyənin “Kasımpaşa” klubunun baş məşqçisi, tanınmış futbol mütəxəssisi Mustafa Dənizli vəzifəsindən istefa verib.
Azvision.az xəbər verir ki, 70 yaşlı məşqçi bu barədə özü açıqlamasında deyib. O, klubun çempionatda uğursuz çıxışlarını əsas gətirərək istefa verdiyini bildirib.

Qeyd edək ki, Dənizli əvvəllər Türkiyə millisinin baş məşqçisi olub, həmçinin Azərbaycanın “Xəzər Lənkəran” klubunda da çalışıb.

Azvision.az



Teqlər: Mustafa-Dənizli  





Xəbər lenti