ASAN xidmətin avtobusları sərgidə

  23 Noyabr 2013    Oxunub : 601
ASAN xidmətin avtobusları sərgidə
19-cu Azərbaycan Beynəlxalq Telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı "Bakutel" 2-5 dekabr tarixlərində "Bakı Expo" Sərgi və Toplantı Mərkəzində keçiriləcək.
İlk dəfə olaraq illik Azərbaycan Beynəlxalq “Telekommunikasiyalar və İnformasiya Texnologiyaları “ BakuTel 2013 sərgi-konfransında ASAN Xidmət də iştirak edir. Daha dəqiq desək Asan Xidməti ziyarət edənlər də dolayı yolla bu sərgidə iştirak edə biləcəklər.


Bu adi bir sərgi deyil, budəfəki tədbirdə vətəndaşlar üçün iş imkanları ilə tanışlıq mümkün olacaq.

BakuTelin ilk dəfə cəlb olunduğu bu tədbir oyun və istirahət üçün nəzərdə tutulmuş 3-cü pavilionda keçiriləcək.

Bu il ABŞ, İtaliya , Slovakiya ,Əfqanıstan, İraq kimi ölkələr də daxil olmaqla 10 milli pavilion açılacaq. Bundan əlavə pavilionlarda Avstriya, Belarus, Macarıstan, İsrail, Yaponiya, Latviya, Litva , Fransa, Xorvatiya, Estoniya və başqa ölkələrin milli stendləri geniş şəkildə təqdim olunacaq.

Tədbirdə yerli iştirakçılar, mobil telekommunikasiya şəbəkəsi operatorları, milli internet operatorları, internet xidmət provayderləri, sistem inteqratorları, məşhur brendlərin distribyutorları ilə yanaşı, İKT sahəsində fəaliyyət göstərən xarici şirkətlərin təmsilçiləri də iştirak edəcək.

Bu dəfə yüksək perspektivli yerli şirkətlərin demək olar ki, hamısı tədbirdə təmsil olunacaq. Təşkilatı dəstək Bau Ekspo Mərkəzinə aiddir. Mərkəz hər kəsi yüksək səviyyəli və beynəlxalq standartlara cavab verən xidmətlərlə təmin edəcək.

Təşkilatçılar sərgi iştirakçıları ilə işin yeni yollarını göstərəcəklər. Məsələn, BakuTel sərgisinə baxmağa gələnlərə olduqca rahat MatchMaking sistemindən yararlanmağın yolları öyrədiləcək, bu isə öz növbəsində sərginin iqtisadi təsir gücünü artıracaq. Sərgidə iştirak etmək üçün www.bakutel.az. saytında on-line qeydiyyatdan keçmək mümkündür.

S. Həsənova
AzVision.az

Teqlər: