Yeni xristian-müsəlman qarşıdurması

Yeni xristian-müsəlman qarşıdurması
  11 Mart 2013    Oxunub:1263
Pakistanda xristianlar müsəlmanlara qarşı nümayiş keçiriblər.
Pakistanın bir neçə şəhərində yüzlərlə xristian küçələrə çıxıb. Lahor şəhərində müsəlmanlar əleyhinə nümayişlər polislə qarşıdurmalarla nəticələnib. Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib. Kəraçi ,İslamabad Multan və Kvette şəhərlərində də nümayişlər keçirilib.
Xatırladaq ki, Martın 9-da 3 mindən çox müsəlman Lahor şəhərinin xristian məhəlləsini talan ediblər. 200-dən çox ev yandırılıb. Polis aralarında xristianlar da olan 150 nəfəri həbs edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti