Azərbaycan Yunanıstanın əlaqələri müzakirə olunacaq
AzVision.az Milli Məclisin saytına istinadən xəbər verir ki, səfər Yunanıstan parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Dimitris Kiriazidisin dəvəti ilə həyata keçirilir.
Səfər zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri bu ölkənin qanunvericilik orqanının strukturu, fəaliyyəti, deputatların iş şəraiti ilə yaxından tanış olacaq, həmkarları ilə bir sıra görüşlər keçirəcək, parlamentlərarası əlaqələrin inkişafı və digər maraq doğuran məsələlər ətrafında müzakirələr aparacaqlar.
Səfər noyabrın 27-də başa çatacaq.
Teqlər: