Viza blankının doldurulması qaydası dəyişdi

Viza blankının doldurulması qaydası dəyişdi
  16 May 2019    Oxunub:1626
Nazirlər Kabineti “Viza blankının doldurulması Qaydası”nın, “Viza almaq üçün ərizə-anket”in nümunəsinin və “Azərbaycan Respublikasına əcnəbini və ya vətəndaşlığı olmayan şəxsi dəvət edən tərəfin vəsatəti”nin nümunəsinin təsdiq edilməsi haqqında” 2014-cü il 19 mart tarixli qərarda dəyişiklik edib.
Azvision.az xəbər verir ki, Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən 2 nömrəli əlavə - “Viza almaq üçün ərizə-anket”in 26-cı bəndi - ictimai təhlükə yarada biləcək infeksiyalı xəstəliyə yoluxub-yoluxmamaqla bağlı sorğu ləğv edilib.

Azvision.az



Teqlər: Viza   Əcnəbi  





Xəbər lenti