“Sumqayıt”ın 2 futbolçusu milliyə çağırılıb

“Sumqayıt”ın 2 futbolçusu milliyə çağırılıb
  17 May 2019    Oxunub:1641
Azərbaycan futbol üzrə milli komandası “Avro-2020”nin seçmə mərhələsi çərçivəsində Bakıda iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya yığması ilə qarşılaşacaq. Artıq A milli komandanın heyəti açıqlanıb.
Azvision.az “Sumqayıt” klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, adıçəkilən oyunlar üçün nəzərdə tutulan heyətdə "Sumqayıt"ın 2 futbolçusu yer alıb. Belə ki, Aleksey İsayev və Əli Babayev Macarıstan və Slovakiya ilə oyunlar üçün milli komandanın heyətinə dəvət alıb.

Azvision.az



Teqlər: Sumqayıt   Milli  





Xəbər lenti