Miri Yusif Dünya Çempionatının ulduz səfiri seçildi

Miri Yusif Dünya Çempionatının ulduz səfiri seçildi
  17 May 2019    Oxunub:2636
Azərbaycanın əməkdar artisti, mügənni Miri Yusif bu ilin sentyabr ayında (16-22) Bakıda keçiriləcək bədii gimnastika üzrə Dünya Çempionatının ulduz səfiri seçilib.
Azərbaycan Gimnastika Federasiyasından Azvision.az -a verilən məlumata görə, gənclərin sevimli ifaçısı, hit mahnıların müəllifi Dünya Çempionatına hazırlıq çərçivəsində yarışların təşviqat və təbliğatı üçün hazırlanan xüsusi proqramda iştirak edəcək. Bunlarla yanaşı, çempionata həsr olunan bir sıra eksklüziv işlər də təqdim edəcək.

Xatırladaq ki, Dünya Çempionatının daha bir səfiri çoxqat dünya çempionu, Olimpiya Oyunları mükafatçısı (1996, Atlanta), keçmiş gimnast Yana Batırşinadır.

Hər iki ulduz səfir aprel ayında paytaxtımızda baş tutmuş bədii gimnastika üzrə Dünya Kubokunda qonaq olaraq, yarışları böyük maraqla izləmişlər.

Azvision.az



Teqlər: Miri-Yusif  





Xəbər lenti