Azərbaycanla Çexiya birgə silah istehsal edə bilər

  Azərbaycanla Çexiya birgə silah istehsal edə bilər
  17 May 2019    Oxunub:2492
Mayın 17-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Azərbaycanda səfərdə olan Çexiyanın “Ceska Zbrojovka Group SE” şirkətinin idarə heyətinin sədri və prezidenti Lyubomir Kovarikin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Sənayesi Nazirliyindən (MSN) Azvision.az -a verilən məlumata görə, nazir müavini Azərbaycan ilə Çexiya arasındakı ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. Qurumun fəaliyyətindən danışan Yəhya Musayev Azərbaycan MSN-in Çexiyanın müvafiq qurumları ilə hərbi-texniki sahədə əməkdaşlıq etmək üçün daim hazır olduğunu vurğulayıb.

Görüşdə MSN ilə “Ceska Zbrojovka Group SE” şirkəti arasında hərbi-texniki sahədə birgə layihələrin həyata keçirilməsinə dair müzakirələr aparılıb.

Azvision.az



Teqlər: Çexiya   Silah  





Xəbər lenti