4 güləşçimiz dünya çimərlik oyunlarına vəsiqə qazanıb

  17 May 2019    Oxunub : 1111
4 güləşçimiz dünya çimərlik oyunlarına vəsiqə qazanıb
Oktyabrın 10-dan 15-dək ABŞ-ın San-Dieqo şəhərində idmanın 17 növü üzrə birinci dünya çimərlik oyunları keçiriləcək.
Azvision.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, oyunların proqramında çimərlik güləşi də yer alıb. Martın 29-30-da Portuqaliyanın Çaves şəhərində, mayın 10-11-də isə Rio-de-Janeyroda dünya çimərlik oyunlarına lisenziya xalları verən dünya seriyası turnirləri keçirilib. Ölkəmizi bu yarışlarda Pənah İlyaslı (70 kq), İbrahim Yusubov (80 kq), Kənan Əliyev (90 kq) və Oyan Nəzəriani (+90 kq) təmsil ediblər. Çavesdə O.Nəzəriani qızıl, P.İlyaslı və İ.Yusubov isə gümüş medal qazanıblar. Rio-de-Janeyroda O.Nəzəriani və İ.Yusubov gümüş, K.Əliyev bürünc medala sahib olub.

Beləliklə, iki yarışın yekununda O.Nəzəriani 45, İ.Yusubov 40, P.İlyaslı 30, K.Əliyev isə 15 xal toplayıblar. Bu nəticə ilə O.Nəzəriani reytinq sıralamasında birinci, İ.Yusubov ikinci, P.İlyaslı dördüncü, K.Əliyev isə altıncı yerdədir. Güləşçilərimizin dördü də birinci dünya çimərlik oyunlarında iştirak hüququ qazanıb.

Oyunlarda çimərlik güləşi yarışları oktyabrın 12-13-də keçiriləcək.

Azvision.az

Teqlər: Güləş   AGF