DİM-də ingilis dili imtahanları keçirilib

  19 May 2019    Oxunub : 859
DİM-də ingilis dili imtahanları keçirilib
Dövlət İmtahan Mərkəzində (DİM) “TOEFL IBT” və “PTE Academic” ingilis dili imtahanları keçirilib.
DİM-dən Azvision.az -a verilən məlumata görə, imtahanlar mərkəzin inzibati binasında təlimata uyğun təşkil olunub. İmtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Qeyd edək ki, növbəti “TOEFL” imtahanının iyunun 1-də keçirilməsi nəzərdə tutulur.

Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə edə bilərsiniz: https://azvision.az/redirect.php?url=http://www.dim.gov.az/activities/exams/toefl/

Azvision.az

Teqlər: DİM   İmtahan