İspaniya Azərbaycanlıları Koordinasiya Şurası yaradıldı

İspaniya Azərbaycanlıları Koordinasiya Şurası yaradıldı
  20 May 2019    Oxunub:2599
Madriddə İspaniya Azərbaycanlılarının Koordinasiya Şurasının təsis konfransı keçirilib.
Azvision.az xəbər verir ki, İspaniyaya səfəri çərçivəsində Diasporla İş Üzrə Dövlət Komtəsinin sədri Fuad Muradov, Azərbaycanın İspaniya Krallığında və Andorra Knyazlığındakı səfiri Anar Məhərrəmov təsis konfransında iştirak ediblər.

İspaniyada yaşayan soydaşlarımız diaspor fəaliyyətinin mütəşəkkilliyini artırmaq üçün Koordinasiya Şurasının yaradılmasını məqbul sayıblar. Səsvermə yolu ilə İspaniya Azərbaycanlıları Koordinasiya Şurası təsis edilib.

Barselonadakı Azərbaycan Cəmiyyətinin sədri Kərim Kərimov, Seviliya şəhərində yaşayan soydaşımız Yaqut Novruzova və Portuqaliyada yaşayan gənc fəalımız Orxan Abbasov Şuranın əlaqələndiriciləri seçiliblər.



Azvision.az



Teqlər: İspaniya  





Xəbər lenti