Bakıda əfsanəvi ingilis personajların paradı - FOTOLAR

Bakıda əfsanəvi ingilis personajların paradı -    FOTOLAR
  21 May 2019    Oxunub:3950
Mayın 29-da Bakı Olimpiya Stadionunda İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının oyunu ilə əlaqədar yerli Təşkilat Komitəsi maraqlı layihəyə imza atıb.
Azvision.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mayın 29-dək əfsanəvi ingilis personajlar - Ceyms Bond, Böyük Britaniya kraliçası II Elizabet, onun mühafizə dəstəsi, əfsanəvi rok qrupu “Bitlz”, dünya şöhrətli komediya ustası Çarli Çaplin, “Queen” qrupunun vokalisti Freddi Merkuri, “Alisa möcüzələr diyarında” əsərinin qəhrəmanları, Harri Potter və dostları, ingilis xalqının sevimli nağıl qəhrəmanı – Robin Qud, dahi dramaturq Uilyam Şekspir, xəfiyyə Şerlok Holms və digərləri Bakının müxtəlif yerlərində musiqili parad edəcəklər.

İlk parad “Port Baku Mall”dan başlayaraq, Kukla Teatrını və şəhərin mərkəzini – Nizami küçəsini, Qoşa Qala qapısını əhatə edib. Paradın qəhrəmanları sakinlər tərəfindən maraqla qarşılanıb, onlarla şəkillər çəkdirilib. Personajların növbəti günlərində Bakının hansı nöqtəsində üzə çıxacağı isə sakinlər üçün sürpriz olacaq.

Tanınmış ingilis qəhrəmanların son dayanacağı isə mayın 29-da böyük derbinin keçiriləcəyi Bakı Olimpiya Stadionudur.















Azvision.az


Teqlər:





Xəbər lenti