Göyçayda Nar Məsləhət Mərkəzi yaradılır

  24 Noyabr 2013    Oxunub : 690
Göyçayda Nar Məsləhət Mərkəzi yaradılır
“Göyçay rayonunda narçılıq təsərrüfatının inkişafına dəstək” layihəsi uğurla davam edir.
Göyçay İnkişaf Mərkəzi” Gənclərin İctimai Birliyi (İB) Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənən “Göyçay rayonunda narçılıq təsərrüfatının inkişafına dəstək” adlı layihəsi çərçivəsində fəaliyyətləri davam etdirir.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, İB-nin mətbuat departamentindən bildiriblər ki, layihənin məqsədi Göyçay rayonunda narçılıq təsərrüfatının inkişafına dəstək verməkdir.

Birliyik qarşısına qoyduöu vəzifələri yerinə yetirmək üçün sentyabr, oktyabr və noyabr aylarında layihənin komponentlərinin bir neçəsi yerinə yetirmiş və bu istiqamətdə nəzərdə tutulan fəaliyyətlər həyata keçirmişdir. Layihə hədəf qruplarının biznes, sosial inkişaf yönümlü fəaliyyətlərini, ehtiyaclarını öyrənən, narçılıq təsərrüfatlarının ötən illər ərzində məhsuldarlıq dərəcəsini araşdırılan və məlumatlandırma görüşləri keçirib.

Yerli sahibkarların, biznes sektoru nümayəndələrinin Göyçay rayonunun seçilmiş kəndlərində sosial-iqtisadi inkişafa maraq yaratmaq, icma sakinləri və yerli hakimiyyət orqanları ilə sosial partnyorluq əlaqələrinin qurulmasını təmin etmək üçün görüşlər təşkil edilib.

Ölkəmizdə istehsal xərclərinin aşağı endirilməsi və iqtisadi səmərənin artırılması üçün regionlar üzrə uyğun istehsal istiqamətlərinin seçilməsinin səmərəliliyini və məqsədəuyğunluğunu mühüm hesab edən layihə heyyəti Göyçay üzrə müəyyən işlər aparıb və “Nar etiketi” hazırlanıb.

Gələcəkdə narçılığı alternativ gəlir mənbəyi kimi daha da inkişaf etdirmək, Göyçay şəhərində Nar təsərrüfatına dəstək olmaq, həm kənd təsərrüfatını, həmdə yerli biznesin inkişafını stimullaşdırmaq məqsədilə Nar Məsləhət Mərkəzinin yaradılması nəzərdə tutulub.

Layihədə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) də tərəfdaş qismində iştirak edir.

Teqlər: