245 ton pambıq yığıldı

245 ton pambıq yığıldı
  24 Noyabr 2013    Oxunub:1537
Bu mövsümdə Ağdaşda 245 ton pambıq yığılıb.
Ağdaş rayonunda pambıq yığımı başa çatıb, fermerlər tarlalardan bol məhsul əldə ediblər.

AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, Rayon icra hakimiyyətindən bildiriblər ki, son illər Ağdaşda kənd təsərrüfatının gəlirli sahəsi olan pambıqçılığın inkişaf etdirilməsinə diqqət artıb. Bu il torpaq mülkiyyətçiləri 230 hektar sahədə məhsul yetişdirib. Bu, əvvəlki ildəkindən 7 hektar çoxdur.

Torpaq mülkiyyətçiləri yetişdirdikləri məhsulu vaxtında və itkisiz yığmaq üçün bütün qüvvələrini səfərbər ediblər. Sentyabr-noyabr aylarında rayonda ümumilikdə 245 ton pambıq yığılıb. Yığılan məhsul qurudularaq Ucar rayonundakı “Pambıq” ASC-yə təhvil verilib.


Teqlər:





Xəbər lenti